12 İyun 2026 / 08:40

FİQURLARIN TƏMSİLİ- BU NECƏ BAŞ VERİR?

FİQURLARIN TƏMSİLİ
(publisistik–analitik mətn)

QISA GİRİŞ

Bu yazı dünyanın yalnız fiziki cisimlərdən ibarət deyil, həm də sistemlər, nizam və tarazlıq prinsipləri üzərində qurulmuş simvolik bir struktur kimi dərk olunmasına həsr olunur. Burada fiqurlar — çevrə, konus, radius, şüa və simmetriya — riyazi terminlərdən daha çox sistem davranışlarını ifadə edən obrazlardır.
Krılov təmsillərində heyvanlar insan xarakterlərini ifadə etdiyi kimi, burada fiqurlar sistemin öz daxili hərəkətini göstərir.

-BAŞLANĞIC

Konus çağırar

Görsəniz çevrədə nələr baş verir,
Çevrənin adına çox əl uzanır.
Hər kəsə özünü susuz yaş bilir,
Məramım xoşdursa, xoş əl uzanır.
*****
Hər detal fiqurdur çevrə içində,
Simmeriya istəyir, hammı anlasın.
Çevrənin hökmü var, devrə içində,
Səhfini anlayan özün danlasın.
*****
Sözümü eşitsin məxsusi konus,
Fiqurlar birləşib, tək qalacaqsan.
Baxıram konusa, çıxarır fokus,
Ayrılıq himnini tək çalacaqsan!
*****
Tək əlin səsi yox, bilirsən bunu,
Sən niyə yaddaşdan silirsən bunu.
Birdirsə gücünüz dağı, dağ dələr,
Yığılın bir yerə, gözəl çağ gələr.
*****
Daxilə toplanan tək siz deyilsiz,
Nüvənin sıxlığı daralması var,
Bir şüa xəttinin qaralması var,
Yerində çat verib, yarilması var.
*****
Püskürər havaya maqma qatları,
Torpaq çatlayar, qat- qat dağılar.
Uğuldar bu zaman yerin çatları,
Bu zaman bir kimsə konus çağırar?

Bu mərhələdə hadisə artıq sözə çevrilir və çevrənin daxilində ilk gərginlik hiss olunur.
Sistem zahirən sabit görünür, lakin daxilində dəyişiklik başlayır. Konus fərqli mövqe nümayiş etdirir, Simmetriya isə kənardan vəziyyəti izləyərək tarazlığı qorumağa çalışır.

Hər detal fiqurdur çevrə içində,
Simmetriya istəyir, hamı anlasın.
Çevrənin hökmü var devrə içində,
Səhvini anlayan özün danlasın.

Sözümü eşitsin məxsusi konus,
Fiqurlar birləşib tək qalacaqsan.
Baxıram konusa, çıxarır fokus,
Ayrılıq himnini tək çalacaqsan!

Bu mərhələdə sistem daxilində gərginlik artır və fiqurların mövqeləri daha aydın görünür. Simmetriya sistemi nizama çağırır, konus isə fərqli mövqe ilə sistemdə sual yaradır.
Bu artıq sadə mübahisə deyil — sistemin özünü anlama prosesidir.

— YEKUNLAŞMA

Nizam xəttisən

Simmetriya çalışır konus anlasın,
Özü də istəmir onu danlasın.
Konussa diqqətlə qulaq asırdı,
Simmetriya danışır, səbri daşırdı.

Fiqurlar başladı sözə-söhbətə,
Sistemsə tələsir konus anlasın.
Konus özlüyündə götür-qoy etdi,
Nigaran qalaraq sözə başlasın.

Özümdə bilmədim nələr etmişəm,
Əyrini düz bilib əyri etmişəm.
Simmetriya bilməzdim, nizam xəttisən,
Kənardan baxaraq mizan əhlisən.

Burada sistem daxilində gərginlik öz həllinə yaxınlaşır. Fiqurlar öz mövqelərini qəbul etməyə başlayır. Simmetriya sistemi qırmadan onu nizamlayır, konus isə öz yerini anlayır.

— AÇIQ QAPI

Bu təmsil bağlanan bir hekayə deyil. O, öz mahiyyətinə görə açıq qalır, çünki sistemlər həyat kimi daim hərəkətdədir.
Fiqurlar arasında yaranan gərginlik yox olmur, sadəcə yön dəyişir. Bu dəyişiklik dağılma deyil, sistemin özünü yenidən tanımasıdır.
Beləliklə, qapı bağlanmır — açıq qalır.

P.Ş Fiqurlara aid çox nümunələri qeyd etmək oladı. Amma verilən izahlar lazımı detalları açır.

Təranə Şəms

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!