Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Korifey sənətkar, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən təcili xəstəxanaya yerləşdirilib. Sənətkarın ailəsindən tezadlar.az- a bildiriblər ki, F.Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb. Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür.
Tanrıdan korifey sənətkarımıza şəfa diləyirik!
A.Məmmədli