Əsas məzmuna keç

ƏFQANISTANDA KEÇİD HÖKUMƏTİ YARADILDI

Əfqanıstanda keçid hökuməti yaradılıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Keçid hökumətinə ölkənin sabiq daxili işlər naziri Əli Əhməd Cəlali rəhbərlik edəcək. Prezident Əşrəf Qaninin istefa verdiyi bildirilir.

Qeyd edək ki, Kabildə prezident sarayında Əfqanıstan hakimiyyət nümayəndələri ilə “Taliban” arasında danışıqlar gedir. Əfqanıstanda Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdullah Abdullah vasitəçi rolunda çıxış edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…