“…Daşnaksütyun ARF partiyasından İşxan Saqatelyan və Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri və ARF Daşnaksütyun büro üzvü Murad Papazyanla birlikdə Azərbaycan həbsxanalarında erməni girovlarının faciəli taleyini və Artsax ermənilərinin geri qayıtmaq hüququnu müzakirə etdik”. Bu barədə Fransa Sosialist Partiyasının lideri və Fransa millət vəkili Olivye For bildirib. Eyni zamanda, ərazi iddialarının davam etdirilməsini dəstəklədik. Həmçinin, Türkiyə və Azərbaycanın təzyiqi altında mövcud hakimiyyətin öz konstitusiyaları məsələsində güzəştə getməyə meylli olduğu Ermənistandakı siyasi vəziyyəti də müzakirə etdik”, – deyə o qeyd edib.
“Təzadlar”dan: Gör siyasətçi nə qədər axmaq olmalıdır ki, Fransada oturub işğalçıların və terrorçuların taleyini müzakirə etsin. Bakıda məhkəmə hökmü ilə həbsdə yatanlar terrorçulardır və onlar cəzalarını çəkməlidirlər və çəkirlər də. Necə ki, onların ucbatından Azərbaycanın şəhər və kəndləri viran qoyuldu, milyondan çox köçkün hələ də didərgin həyatı yaşamaqdadır, indi-indi öz yurdlarına qayıtmaq barədə düşünürlər…
A.Məmmədli






