Fransa Makronun impiçment edilməsi təklifini rədd edib

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatasının ali kollegial orqanı) Bürosu Fransa prezidenti Emmanuel Makronun impiçmenti ilə bağlı təklifi qəbuledilməz hesab edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Figaro” məlumat yayıb.

Təklifi müxalifətdə olan solçu “Fransa tabe olmayanlar” partiyası irəli sürüb. Makronun partiyasının bütün üzvləri təşəbbüsün əleyhinə, Sol, Yaşıllar və Sosialistlər isə lehinə səs verib. Milli Mitinq Partiyasının üzvləri səsvermədə bitərəf qalıblar.

Bundan əvvəl Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot Makronun impiçmentinə çağırıb. Onun bəyanatı Fransada parlamentin buraxılmasından və növbədənkənar seçkilərdən sonra siyasi vəziyyətin pisləşməsi fonunda verilib. Filippotun sözlərinə görə, Fransa lideri hakimiyyəti saxlamaq üçün hər şeyə hazırdır.

“Bu nəzarəti istənilən halda onun dostu Respublika Konstitusiya Şurasının rəhbəri Riçard Ferran təmin edəcək! Ona görə də Makron dərhal kənarlaşdırılmalıdır! Onu impiçment edin. Oyan. Və hərəkətə keç!”, – o yazıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

Xəbər lenti