Əsas məzmuna keç

Fransa Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edəcək

Vaşinqtonun prosesi dayandırmasına baxmayaraq, Paris Ukraynaya kəşfiyyat məlumatı verməyə davam edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.

“Ukraynalılara verdiyimiz kəşfiyyat resurslarımız var”, – o, “France Inter” radiosunun efirində deyib.

2014-cü ildə Ukraynanın cənub-şərqində silahlı münaqişə başlayandan sonra Vaşinqton Kiyevə kəşfiyyat məlumatları ötürməyə başlayıb. Bunların bir hissəsi bulanıq olan peyk şəkilləri idi.

ABŞ prezidenti Donald Tramp seçkilərdə qalib gəldikdən sonra Ukraynadakı vəziyyətin nizamlanmasına yanaşmaya yenidən baxılması, eləcə də Kiyevə hərbi yardıma xərclənən vəsaitin ödənilməsi barədə danışmağa başlayıb.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…