Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 May 2025 / 11:22

FTX Dağıstanda terror aktı hazırlayan qadını saxlayıb

FTX əməkdaşları Xasavyurtda hüquq-mühafizə orqanlarının binası yaxınlığında partlayış planlaşdıran qadını saxlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə mayın 2-də FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş beynəlxalq terror təşkilatının tərəfdarı, 1996-cı il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. O, Xasavyurtda hüquq-mühafizə orqanlarının inzibati binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salmağı planlaşdırıb”, – idarənin məlumatında deyilir.

Cinayətkardan PUA hazırlamaq üçün komponentlər müsadirə edilib. Saxlanılan şəxsin telefonunda onlar Telegram-da yaraqlı ilə yazışma tapıblar, orada partlayış hazırlamaq və qadının terror qruplaşmasına and içməsini müzakirə ediblər.

“Telegram kanalında İslam qruplarından birində Əbdül adlı şəxslə tanış oldum. O, məndən şəhərdəki müxtəlif təşkilatların şəkillərini çəkməyimi istədi, müxtəlif maddələr almağı, mayın 9-da terror aktı törətməyimi tapşırdı”, – saxlanılan qadın dindirmə zamanı deyib.

Cinayətkardan PUA hazırlamaq üçün komponentlər müsadirə edilib.

E.ŞİRİNOV 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!