Soçi sakini Kiyevin göstərişi ilə dəmiryol avadanlıqlarını yandırmağa cəhd edib
FTX əməkdaşları Soçidə təxribat cəhdini dayandırıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bir nəfər ukraynalı kuratoru üçün tapşırıq yerinə yetirirmiş. FTX diversantın saxlanması ilə bağlı əməliyyat videosunu nümayiş etdirib.
Görüntülərdə təhlükəsizlik qüvvələrinin həmin şəxsə üstün gəldiyi görünür.
Soçi sakini öz təşəbbüsü ilə Ukraynayönlü terror təşkilatının nümayəndələri ilə əlaqə saxlayıb. Orada ona atəş açmaq üçün üç yandırıcı qurğu hazırlamaq tapşırığı verilib. O, cinayət başında yaxalanıb. FTX itki olmadığını və avadanlıqların zədələnmədiyini qeyd edib.
ELBAR