10 Mart 2026 / 17:28

Fulya Öztürkün Təbriz çəkilişləri qalmaqala yol açdı

CNNTÜRK müxbiri Fulya Öztürkə qarşı Güney Azərbaycanlılardan tepkilər böyüyür. Tezadlar.az xatırladır ki, GünAZTV- nin sosial media platformasında yazılır: “Buna səsbəb Fulya xanımın Təbrizə gedib və yalnız İran rejiminin adamlarından müsahibə götürməsdir. Bu müsahibələrdə Fulya xanım belə bir qənaət yaratmağa çalışırk ki, Təbrizlilər iran rejiminin arxasındadır və sair bu kimi fikirlər.

1-ci Teknik olaraq iranda sərbəst röportaj hazırlamaq mümkün deyil. bu hamı üçün aydındır.

2-ci İran rejimi xaricdən gələn TV müxbirlərə mütləq rejimin təsdiqlədiyi suallarla, təyin olunmuş yerdə və seçdiyi adamlarla imkan verir.

Burda bir sula ortaya çıxır ki, Fülya xanım şüurlu şəkildə və bilə- biləmi bu fikiri yaratmağa çalışır, yoxsa, məcburiyyət qarşısında buna boyun əyibdir? Əyər məcburiyyət qarşısında belə bir hal olubsa, o izahat və açıqlama verməlidir…”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!