Əsas məzmuna keç

GƏNCƏDƏ İKİ KÖRPƏNİ KÜÇƏYƏ KİM ATIB?

Gəncədə iki azyaşlının küçəyə atıldığı barədə xəbər yayılıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, 21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq – 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun bacısı – 4 aylıq Cəlilova Mələk Həsən qızı gətirilib.

 “Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir”, – TƏBİB-in məlumatında deyilir.

 

TEZADLAR.AZ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…