Əsas məzmuna keç

GƏNC QADINI ÖLDÜRƏN HƏBS EDİLİB

Fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan “Təzadlar”a verilən məlumata görə, ilkin araşdırma zamanı zərərçəkmişin əri, 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Qətlin əsl səbəbi hələki məlum deyil.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…