Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyun 2026 / 10:36

G7 liderləri Rusiyanın neft və qaz sektoruna sanksiya tətbiqinə hazırlaşır

Bəlidir ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, G7 ölkələri Rusiyaya, o cümlədən onun neft və qaz sektoruna sanksiya təzyiqini artıracaq. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Fransada keçirilən sammit iştirakçılarının geosiyasi məsələlərlə bağlı birgə bəyanatında bildirilib. Sitat: “Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmağa sadiqik. Bu kontekstdə neft və qaz sektoruna qarşı da daxil olmaqla, sanksiyaları sərtləşdirəcəyik”.

G7 liderlərinin fikrincə, ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı razılaşma Rusiyaya sanksiya təzyiqinin artırılması üçün əlverişli şərait yaradır.

Xatırladaq ki, Ukrayna dronları ötən gün Rusiyanın ən iri neftayırma zavodunu da vurdu, güclü yanğın hələ də davam edir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!