Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.
Tezadlar.az bildirir ki, bu barədə aprelin 9-da Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendes məlumat verib.
“İndiyədək 184 nəfərin şəxsiyyəti müəyyən edilib”, – Mendes deyib.
Dominikanın səhiyyə naziri Viktor Atallah klubun damının uçması nəticəsində ölənlərin əksəriyyətinin anında dünyasını dəyişdiyini bildirib.
“Ölənlərin əksəriyyəti anında ölüb. Çoxları oturubmuş, tavan başlarına və sinələrinə uçub”, – Dominikan Respublikasının Səhiyyə naziri bildirib.
Bundan əvvəl Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində 113 nəfərin öldüyü bildirilirdi.
Dominikan Respublikasında faciə aprelin 7-də baş verib. Müğənni Rubi Peresin çıxışı zamanı “Jet Set” gecə klubunun damı əylənənlərin üzərinə uçub.
Faciə yerində axtarış-xilasetmə işləri davam edir.
ELBAR







