Əsas məzmuna keç

Gənclərin iştirakı ilə 47 terror cinayətinin qarşısı alınıb

Bu ilin əvvəlindən Rusiyada yeniyetmələrin iştirakı ilə 47 terror aktının qarşısı alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi (MAK) məlumat yayıb.

Məlumata görə, hücumların əksəriyyəti Ukraynadan olan kuratorların və beynəlxalq terror təşkilatlarından işə götürənlərin sifarişi ilə hazırlanıb.

Həmçinin, son üç ildə Ukrayna neonasist hərəkatlarının, o cümlədən Kolumbinin təsiri altına düşmüş iki min yarımdan çox gənc saxlanılıb.

Fevral ayında Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Kiyev hakimiyyətinin terror aktları və təxribatların intensivliyini artırdığını bildirmişdi. Hücumların əsas hədəfləri Rusiyadakı yanacaq-energetika kompleksi obyektləri, nəqliyyat və hərbi sənaye kompleksidir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…