Əsas məzmuna keç

Goranboyda işdən qovulan direktor tualeti də söküb apardı ki…

Təhsil Nazirliyinin diqqətinə: tezadlar.az-a göndərilən bu kadrlar utanvericidir!
Məlum olur ki, Goranboyda işdən çıxarılan direktor məktəbin tualetini də söküb evinə aparıb. Bu barədə görüntülər təqdim edilib. Belə ki, məktəbinin keçmiş direktoru İlhamə Qasımova işdən qovulmağı ilə barışa bilməyərək görünməmiş vandalizmə əl atıb. Qəzəbinə hakim ola bilməyən keçmiş rəhbər məktəbin tualetini belə dağıdaraq unitazı və santexnika avadanlıqlarını söküb öz evinə daşıyıb! Gələcəyimiz olan uşaqların tərbiyə olunduğu bir məkanda bu cür davranışın baş verməsi sosial şəbəkələrdə və valideynlər arasında böyük hiddət doğurub. İnsanlar haqlı olaraq soruşur: Belə bir düşüncədə olan şəxs illərlə məktəbə necə rəhbərlik edib?
Təbii ki, bu sual təhsil naziri Emin Əmirullayevə aiddir. Cavabı nə olacaq, yəqinki bilinəcək…
SƏBUHİ
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…