Görkəmli kinorejissor Adil İsgəndərov belə xatırlanır…

Oxunma sayı: 217

…Azərbaycanın kino tarixində özünəməxsus iz qoymuş Adil İsgəndərov həmişə həm çəkdiyi filmləri ilə, həm də çəkildiyi rolları ilə nümunə olub… Xalq artisti Əbdül Mahmudov onu belə xatırlayır: “…Adil İskəndərov çox zəhmli adam idi, onu kinostudiyada görəndə siqareti cibimizdə söndürürdük. Tamaşadan sonra aktyorları avtobusla evə göndərirdi. Aktyorlar üçün siyahı yazırdı ki, filan aktyora neçə kilo kartof, qənd, çay lazımdır. Sürücünü göndərirdi, bazarlıq edib həmin aktyorların evinə göndərirdi. Deyirdi aktyor dükan-bazarda qəpik-quruş söhbəti eləməməlidir, kartof daşımamalıdır, kafedə sərxoşluq etməməlidir, özünə dəyər verməlidir ki, xalq da ona hörmət etsin. Aktyorlara, bəlkə də, elə buna görə hər kəs ulduz kimi baxırdı. Belə adama despot deyərlər?!”.

Görünür, indi belə rejissorlarımız olmadığından həmişə baxdıqca baxmaq istıdiyimiz elə bədii filmlərimiz də yoxdur… Məsələn, “7 oğul istərəm”, “Axırıncı aşırım”, “Məşədi İbad” və sairə…

Asif MƏRZİLİ

Xəbəri paylaş

22 İyun