8 May 2026 / 09:45

Ötən il 32 valideyn inzibati məsuliyyətə cəlb edilib

2025-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi ilə bağlı 6 fakt aşkarlayaraq aidiyyəti vəzifəli şəxslərə 6000 manat, həmçinin uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi ilə bağlı 1 fakta görə 3 300 manat məbləğdə inzibati cərimə tətbiq edib.

Bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı isə ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan 936 uşaq və buna şərait yaradan 511 valideyn aşkarlanıb.

Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 510 material göndərilib, 32 valideyn inzibati məsuliyyətə cəlb edilərək polis nəzarətinə götürülüb, habelə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməyib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!