Əsas məzmuna keç

Güclü zəlzələdən sonra ölənlərin sayı 100-ə yüksəldi

Şərqi Nusa-Tenqarada (İndoneziya) 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İndoneziya mediası Milli Təbii Fəlakətlərin İdarə Olunması Agentliyinə istinadən məlumat yayıb.

“Vurğulamaq lazımdır ki, zəlzələ nəticəsində həlak olan 100 nəfər ağır xəsarətlər almışdılar və tibb müəssisələrində müalicə olunurdular. Lakin onları xilas etmək mümkün olmayıb”, – agentlikdən qeyd edilib.

Zəlzələ nəticəsində 1 603 nəfər yaralanıb, 180 327 nəfər isə qaçqın düşərgələrində yerləşmək məcburiyyətində qalıb.

İyunun 15-də baş vermiş zəlzələdən sonra 6 409 afterşok qeydə alınıb. Onlardan ən güclüsü 6,2 maqnitudalı olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın