Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatının qalibi olub. Tezadlar.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələdə moldovalı Vitali Yeryomenkoya 6:3 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb. Həmçinin digər yunan-Roma güləşçimiz Elmir Əliyev (55 kq) finala yüksəlib.
Güləşçimiz dünya çempionatında yüksək pillənin qalibi oldu





