Güllər sanki ünsiyyət vasitəsidir

Oxunma sayı: 62

Sabah 8 Mart Beynəlxalq Qadınlar günüdür.

Bu münasibətlə Tezadlar.az olaraq bütün Azərbaycan qadınlarını bu bayram münasibətilə təbrik edirik.

Bayramda xanımlara təqdim edilən ən gözəl hədiyyələrdən biri məhz gül olduğu üçün fürsətdən istifadə edib bəzi güllərin mənalarını oxucularımıza təqdim edirik.

  1. Aster (çayırçiçəyi) – əbədi məhəbbət simvolu.
  2. Qırmızı kameliya – sən mənim qəlbimin atəşisən.
  3. Ağ qərənfil – sən gözəlsən, məsumsan.
  4. Qırmızı qərənfil – səni heç vaxt unutmayacam.
  5. Sarı qərənfil – məni məyus etdin, etiraz.
  6. Jasmin – ali eşq, cazibədar xanım.
  7. Süsən (iris) – gözəl kompliment əvəzi.
  8. Lavanda – mən məhəbbətimi tapdım.
  9. İnciçicəyi – məni kaprizlərinlə niye üzürsən?
  10. Ağ lilya (zanbaq) – məsumluq, təmizlik.
  11. Sarı lilya – saxta sima.
  12. Maqnoliya – xeyirxahlıq, xüsusi diqqət.
  13. Nərgiz – qarşılıqlı sevgi, arzu.
  14. Səhləb (orxideya) – sevgi, gözəllik,
  15. Pion (buynuzbaş) – xoşbəxt həyata dəvət.
  16. Tikansız qönçə – ilk baxışdan vuruldum.
  17. Qırmızı zanbaq – mən səni sevirəm.
  18. Bənövşə – sevgimizi sirr olaraq saxlayaq.
  19. Xrizantema – sən yaxşı dostsan.
  20. Yasəmən – gücün simvolu.
  21. Nilufər – bataqlıqda belə təmiz qalan.
  22. Kala – tək qalar, amma əyilməz.
  23. Çobanyastığı – gənclik.
  24. Mimoza – utancaqlıq və həssaslıq
  25. Qırmızı qızılgül: Eşq,ehtiras
  26. Tünd çəhrayı qızılgül: Minnət, təşəkkür
  27. Mərcan rəngli qızılgül: Arzu, istək, həsrət
  28. Bənövşəyi qızılgül: Əbədi eşq
  29. Açıq çəhrayı qızılgül: Zəriflik, incəlik, məmnuniyyət
  30. Ağ qızılgül: Məsumiyyət, saflıq, təmizlik, hörmət, təvazökarlıq, sirr saxlama, azadlıq
  31. Sarı qızılgül: Sevinc, dostluq, yoldaşlıq, iftixar, məmnuniyyət, qısqanclıq
  32. Lavanta rəngli qızılgül: İlk görüşdə aşiq olmaq
  33. Narıncı qızlgül: Cazibə, heyranlıq, istək, həvəs
  34. Mavi qızılgül: İlahi eşq
  35. Yaşıl qızılgül – yorğunluq aradan qaldıran, sakitləşdirici əlamət

Qeyd edək ki, xoş günlər və ya təltif etmək üçün tək sayda güllər, matəm xarakterli olduqda isə cüt sayda güllərdən istifadə olunur. Bununla yanaşı güllərin bəzi saylarda təqdim olunması da rəmzi məna daşıyır.

  • 1 gül – sən mənim həyatımsan.
  • 3 gül – səninlə dünyanın sonuna kimi getməyə hazıram.
  • 5 gül – mən səni sevirəm.
  • 7 gül – nişan günü verilir.
  • 9 gül – mən sənə dost kimi hörmət edirəm.
  • 101 gül – 100 güllər içində mənim 1 dənəmsən.

Hazırladı: Rövşanə Nağıyeva

 

Xəbəri paylaş

21 Aprel