30 Aprel 2026 / 18:10

Gülşen Tatlısesdən düşündürücü paylaşım

“Mi’ras” qalmaqalından sonra türkiyəli müğənni İbrahim Tatlısesin qızı Gülşen Tatlısesin paylaşımı diqqət çəkib.

Tezadlar.az-ın məlumatına görə, onun sosial şəbəkədə yazdığı fikirlərin atası ilə bağlı olduğu iddia edilib. Gülşen paylaşımında insanların nə qədər məşğul olsa da, yaxınlarına zaman ayırmasının önəmli olduğunu vurğulayıb:

“Həyatın bizi məşğul etdiyi anlarda mənə yer ayıra bilən insanları sevirəm. Onsuz da hamımız məşğuluq”.

Bu sözlərin, xüsusilə son günlər səsləndirilən açıqlamalardan sonra yazılması izləyicilər tərəfindən müxtəlif cür şərh olunub.

Qeyd edək ki, İbrahim Tatlıses son çıxışında mirasını heç kimə verməyəcəyini, bütün sərvətinin onun şəxsi mülkiyyəti olduğunu və istədiyi kimi istifadə edəcəyini bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!