Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əhalinin əsas ərzaq istehsalçısı olan kənddən şəhərə üz tutması sonda bir sıra ciddi problemlərə yol açır… Məsələn, Gürcüstanda rəsmi məlumatlara əsasən, ötən il Gürcüstan əhalisinin sayı təxminən 4,02 milyon olub.
Tezadlar.az-ın kiçik bir araşdırması göstərir ki, Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, ölkə əhalisinin 52 faizi qadınlardan (2 milyon 48 min 577 nəfər), 48 faizi isə kişilərdən (1 milyon 881 min 4 nəfər) ibarətdir. Regionlar üzrə şəhər əhalisinin payı Tbilisidən sonra ən yüksək Acariya Muxtar Respublikasında qeydə alınıb və 67 faiz təşkil edib. Bu, əsasən Batumi şəhərinin yüksək əhali sayı ilə əlaqələndirilir. Yaş qrupları üzrə ən böyük pay 35-39 yaş (7,6 faiz), 10-14 yaş (7,4 faiz) və 30-34 yaş (7,2 faiz) qruplarına məxsusdur. Qeyd olunub ki, 85 yaş və daha yuxarı yaş kateqoriyasında qadınların sayı kişilərdən 2,6 dəfə çoxdur.
2025-ci ilin siyahıyaalma məlumatlarına əsasən, Tbilisidə 1 milyon 331 min 485 nəfər yaşayır ki, bu da ölkə əhalisinin 34 faizini təşkil edir.
***
Qeyd edək ki, Azərbaycanda əhali sayı 10,4 milyon nəfərə çatıb. Və ölkə əhalimizin rəsmi rəqəmlərdə ifadəsi 23 faiz göstərir. Lakin bölgələrdə məşğulluğun zəif təşkili səbəbindən bu göstəricinin daha çox olduğu faktdır-təxminən 30-35 faiz!
A.Məmmədli