Əsas məzmuna keç

Gürcü jurnalist Qarabağdakı dəyişikliklərə heyran qaldı

Gürcüstanın “Dzveli Qalaqi” (“Köhnə şəhər”) radiosunun aparıcısı Dato Liklikadze Qarabağa səfəri çərçivəsində bölgədə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib.

Tezadlar.az xəbər verir ki, bu, onun Qarabağa ikinci səfəridir.

“Üç il əvvəl Şuşada olarkən yüksəklikdən Xankəndiyə baxıb bir gün bu şəhərə səfər edəcəyimi demişdim. Tanrı arzumu eşitdi”, – o qeyd edib.

Jurnalist səfər çərçivəsində Ağdamda da olduqlarını, şəhərin yenidən qurulmasının və müasir infrastrukturun yaradılmasının onda böyük təəssürat yaratdığını söyləyib.

“Dağıntılar arasında çox gözəl və müasir şəhərin salındığının şahidi olduq. Xankəndinin infrastrukturu, yeni stadionu və gözəl mehmanxanaları məni valeh edib”, – D. Liklikadze vurğulayıb.

O, səfər iştirakçılarının Zəfər tağına qalxaraq burada yerləşən muzeylə tanış olduqlarını da bildirib.

Jurnalist qeyd edib ki, hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir və region sürətlə yenidən qurularaq inkişaf edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…