Əsas məzmuna keç

GÜRCÜSTAN PREZİDENTİ KİYEVİN BOMBALANMASINI PİSLƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili Kiyevin və Ukraynanın digər şəhərlərinin bombalanmasını qorxunc hadisə adlandırıb və pisləyib…

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, Zurabişvili bu barədə Twitter hesabında qeyd edib. Sitat: “Dinc əhaliyə qarşı fərq qoymadan hücumun məqsədi onları məhv etmək və qorxu yaratmaqdır, lakin dünya Ukrayna millətinin gücünü gördü; Bütün Gürcüstan Ukraynanın yanındadır!”.

Rusiya qüvvələri Krımdakı körpünün partladılmasından sonra bu gün səhər saatlarından Ukrayna şəhərlərinə kütləvi hücuma başlayıb. Ölən və yaralananlar var. Dağıntılar artmaqdadır…

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…