Gürcüstandan qoyun və keçi ixracı son 3 ilin maksimumuna çatıb. Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatlarında bildirilir. Məlumata görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən 42,017 milyon dollar dəyərində, ümumilikdə 5 529 ton diri xırdabuynuzlu heyvan ixrac edilib. Müqayisə üçün, ötən ilin eyni dövründə Gürcüstandan 23,378 milyon dollar dəyərində 3 645 ton qoyun və keçi ixrac olunub. 2024-cü ilin yanvar-avqust aylarında isə ixrac edilən qoyun və keçilərin ümumi həcmi 5 063 ton, onların ümumi dəyəri isə 33,934 milyon dollar təşkil edib.
Qoyun və keçilər əsasən bu ölkələrə ixrac olunub:
Səudiyyə Ərəbistanı – 6,7 milyon dollar dəyərində 1 327 ton;
Azərbaycan – 6 milyon dollar dəyərində 2 195 ton;
İraq – 3,5 milyon dollar dəyərində 909 ton;
Qətər – 2,1 milyon dollar dəyərində 466 ton;
Küveyt – 1,4 milyon dollar dəyərində 384 ton;
Liviya – 1 milyon dollar dəyərində 188 ton;
Özbəkistan – 105 min dollar dəyərində 56 ton.
Beləliklə, cari ilin ilk 8 ayında Gürcüstandan qoyun və keçi ixracının həm fiziki həcmi, həm də ümumi dəyəri əvvəlki iki ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.






