Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Nəhayət, növbəti dəfə “Gürcüstan Dövlət Elektrik Sistemi” ölkə üzrə baş verən elektrik enerjisi kəsintisi ilə bağlı açıqlama yayıb və bildirib ki, hazırda elektrik enerjisinin verilişi qismən bərpa olunub. Tezadlar.az xəbər verir ki, qurumun məlumatına görə, yaxın vaxtlarda elektrik enerjisinin təchizatı bütün ölkə ərazisində tam şəkildə bərpa ediləcək.
Açıqlamada qeyd olunur ki, 24–25 iyul tarixlərində baş verən sistem qəzasından sonra “Enqurhes”də müəyyən işlər aparılıb. Xüsusilə stansiyanın avadanlıqlarının öyrənilməsi məqsədilə elektrik sisteminin izolyasiya olunmuş rejimdə, nominal tezlikdən fərqli tezliklərdə işləməsi zəruri olub. Bu isə ölkə üzrə elektrik enerjisinin müvəqqəti kəsilməsinə səbəb olub. Elektrik enerjisinin bərpası üçün dərhal zəruri tədbirlər həyata keçirilib və nəticədə hazırda təchizat qismən bərpa olunub. Yaxın vaxtlarda isə ölkə üzrə tam bərpa təmin ediləcək.