Əsas məzmuna keç

GÜRCÜSTANDA ÜÇ ZƏLZƏLƏ QEYDƏ ALINIB

Bu gün Gürcüstanda 4,0, 4,2 və 4,8 bal gücündə üç zəlzələ qeydə alınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

4,8 bal gücündə ilk zəlzələ Bakı vaxtı ilə saat 17:44-də baş verib. Zəlzələnin episentri Raça bölgəsindəki Oni şəhərindən 8-10 kilometr aralıda yerləşib.

Bir az sonra daha iki zəlzələ qeydə alınıb.

Yerli hakimiyyət orqanları tələfat və dağıntılar barədə məlumat almadıqlarını bildiriblər. Fövqəladə Hallar Xidmətinə də zəng daxil olmayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…