Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Səyyar ASAN xidmət vasitəsilə 5, 6 və 7 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışların verilməsi ilə bağlı xidmətlər həyata keçiriləcək. Tezadlar.az xəbər verir ki, Müraciət Elektron Növbə Portalından (appointment.mfa.gov.az/az) növbə götürməklə həyata keçiriləcək. Xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı aşağıda paylaşılmışdır. Hər hansı sənəd çatışmadığı təqdirdə xidmətdən yararlanmaq mümkün olmayacaq.
VACİB QEYD: Növbə götürmək üçün appointment.mfa.gov.az/azinternet səhifəsinə daxil olaraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini seçərək 5, 6 və 7 iyun tarixlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və məhkumluq barədə arayışların verilməsi xidmətlərini seçməyiniz tələb olunur. Növbə götürdüyünüz vaxtdan 15 dəqiqə öncə Səfirlikdə olmağınız xahiş olunur.
Səfirliyin ünvanı: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4 Xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı https://diaspor.gov.az/pdf/01052026/info.pdf linkdə yerləşdirilmişdir. Hər hansı sənəd çatışmadığı təqdirdə, xidmətdən yararlanmaq mümkün olmayacaq.