22 İyun 2026 / 21:37

Gürcüstandan Azərbaycana avtomobil ixracı azalıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 min 926 ədəd avtomobil ixrac edib.

Tezadlar.az xəbər veir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38 %, kəmiyyət olaraq – dəfəyə yaxın azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Bu ilin ilk 5 ayı ərzində Gürcüstan xarici ölkələrə 734,6 milyon ABŞ dolları dəyərində 29 min 297 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 25 % və 24 % azdır.

Hesabat dövründə Gürcüstandan Qırğızıstana 340 milyon ABŞ dolları dəyərində 8 min 524 ədəd, Qazaxıstana 164 milyon ABŞ dolları dəyərində 10 min 439 ədəd, İrana 44 milyon ABŞ dolları dəyərində 2 min 519 ədəd, Tacikistana 39 milyon ABŞ dolları dəyərində 2 min 356 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!