Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Azərbaycanda uşaqların dövlət himayəsində olmasına dair çoxsaylı misallar gətirmək olar. Lakin uşaqpulu məsələsində bir balaca problemlər qalır, inanırıq ki, bu da tezliklə həllini tapar… Amma və lakin! Blogger Səidə Bəkirqızı və deputat Günay Ağamalı isə bu uşaqpulu məsələsini mənfi niyyətlə müzakirəyə çıxarmaqla ölkədə “arı pətəyinə çöp uzatmış” oldular… “Uşaqpulu istəyən bəzi kişilər…” və “Belə kişilər fahişə qadınlardan da betərdir…” kimi ifadələri ilə sosial ehtiyaclı əhalinin yarasına duz basan Bəkirqızı bununla həm də qadınlarımızın bir qismini fahişə sinfinə aid etməklə vəziyyəti lap pisləşdirmiş oldu… Sözündən və qırımından belə çıxır ki, o, ölkədə büdcəmiz imkan verdiyi halda belə, uşaqpulu verilə bilməz, verilməməlidir! Niyə axı?!
xxx
Gürcüstanın Baş naziri isə, əldə etdiyimiz məlumatlara görə, Bəkirqızının və Ağamalının bu iddialarından bərk əsəbləşib… Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, Gürcüstan hökumətinin proqramlarının icrası ilə bağlı Baş nazirin parlamentə təqdim etdiyi hesabatda sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr açıqlanıb. Sitat: “Sənədə əsasən, ünvanlı sosial yardım proqramı çərçivəsində 2026-cı ilin mart ayına olan vəziyyətə görə, təxminən 670 min nəfər yaşayış minimumu üzrə müavinət alır. Onların arasında hər ay uşaq müavinətindən yararlananların sayı 233 min 880 nəfərə yaxın təşkil edir. Hesabatda qeyd olunur ki, 2026-cı ildən etibarən sosial cəhətdən həssas ailələrin məlumat bazasında qeydiyyatda olan ailələrin əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında yenidən yoxlanılması prosesinə başlanılıb. Məqsəd dövlət resurslarının həqiqətən ehtiyacı olan şəxslərə yönəldilməsini təmin etməkdir. Sənəddə həmçinin bildirilir ki, ekoloji miqrantların məskunlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Dövlət tərəfindən 2025-ci ildə 783 ekomiqrant ailəsi, 2026-cı ildə isə 451 ailə mənzillə və ya yaşayış şəraitinin yaxşılaşdırılması ilə təmin olunub. Bundan başqa, “Gürcüstana qayıdan miqrantların reinteqrasiyasına dövlət dəstəyi proqramı” da aktiv şəkildə həyata keçirilir. Proqram çərçivəsində 2025-ci ildə 600-dən çox geri qayıdan miqrant müxtəlif reinteqrasiya xidmətləri ilə təmin edilib. 2026-cı ilin ilk rübündə proqramda 500-ə yaxın geri qayıdan miqrant qeydiyyatdan keçib. Onlardan artıq 130-a yaxın benefisiara maliyyə və digər dəstək göstərilib. Hesabatda vurğulanır ki, geri qayıdan miqrantların reinteqrasiyası proqramı ilə yanaşı, dövlət “Gürcüstanda yaşayan əcnəbilərin inteqrasiyasına dəstək dövlət proqramı”nı da həyata keçirir. Bu proqram çərçivəsində benefisiarlar doqquz müxtəlif növ xidmətlə təmin olunurlar”.
İndi başqa sual qalırmı? Fəaliyyəti sual içində olanlar nə deyə bilər ki?!
SƏBUHİ