Gürcüstanın beynəlxalq ehtiyatları rekord həddə çatıb

2025-ci ilin dekabr ayı üzrə Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 342 milyon ABŞ dollarından çox artaraq 6,158 milyard dollara çatıb. Noyabr ayında bu göstərici 5,816 milyard dollar olub. Tezadlar.az Gürcüstanın Mərkəzi Bankına istinadla bildirir ki, xarici valyuta ehtiyatları 4,680 milyard dollar təşkil edib, bu isə 2024-cü ilin dekabr göstəricisi olan 3,397 milyard dollarla müqayisədə artım deməkdir. Mərkəzi Bankın məlumatına görə, ehtiyatların 3,052 milyard dolları qiymətli kağızlarda, 1,331 milyard dolları isə nağd formada saxlanılır. Qızıl ehtiyatları isə 1,002 milyard dolları ötüb.

Qeyd edək ki, 2024-cü ilin martında Mərkəzi Bank beynəlxalq ehtiyatlara 7 ton yüksək standartlı qızıl əlavə etmişdi. Hazırda Gürcüstanın beynəlxalq ehtiyatlarının 16%-i qızıldan ibarətdir.

Xəbəri paylaş