Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 May 2026 / 18:49

Güzəştli mənzil ala bilən şəxslər açıqlandı

Azərbaycanda güzəştli mənzillər müəyyən kateqoriyalara aid şəxslərə təqdim olunur. Bu imkan əsasən sosial statusu və peşə fəaliyyəti ilə seçilən vətəndaşlara şamil edilir.

Tezadlar.az xəbər verir ki, qaydalara əsasən, 35 yaşadək gənc ailələr, şəhidlərin və Vətən Müharibəsi Qəhrəmanlarının övladları, eləcə də Milli Qəhrəmanların ailə üzvləri bu imkandan yararlana bilirlər.

Eyni zamanda məcburi köçkün statusuna malik şəxslər, azı 3 il dövlət qulluğunda çalışan əməkdaşlar və ümumi təhsil müəssisələrində minimum 3 il işləyən müəllimlər də güzəştli mənzil əldə edə bilənlər sırasındadır.

Bundan başqa, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər, idman sahəsində xüsusi xidmətləri olanlar və azı 5 il jurnalist kimi fəaliyyət göstərib Media Reyestrində qeydiyyatda olan şəxslər də bu hüquqa malikdirlər.

Ümumilikdə bu mexanizm sosial həssas və müəyyən sahələrdə xidmət göstərən vətəndaşların mənzil təminatını asanlaşdırmaq məqsədi daşıyır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!