18 İyun 2021 / 05:27

HƏBSXANADA QARIŞIQLIQLAR ZAMANI ONLARLA İNSAN XƏSARƏT ALIB

Hondurasın şərqindəki La-Tolva həbsxanasında baş vermiş atışma nəticəsində azı 5 nəfər həlak olub, daha 39 nəfər yaralanıb.

Məlumata görə, bu barədə EFE agentliyi bildirib.

Qeyd edilir ki, qarışıqlıqların gedişatında 15 məhbus güllə xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda həbsxananın ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb və vəziyyət nəzarət altına alınıb.

Qarışıqlıqlara düşmənçilik edən bandaların mübarizəsi səbəb olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!