24 İyul 2021 / 05:20

HACIQABUL SAKİNİNDƏN “PATI” AŞKARLANDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 27 yaşlı İbrahim Baxşiyev saxlanılaraq polis şöbəsinə gətirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, burada onun üzərinə  keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. 

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!