Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransada hantavirus infeksiyası ilə bağlı narahatlıq artıb. Virusa yoluxduğu müəyyən edilən şəxslərlə təmasda olmuş 8 nəfəri müşahidə məqsədilə karantinə yerləşdiriblər.
Tezadlar.az xəbər verir ki, həmin şəxslərdən biri yoluxmuş sərnişinlə eyni təyyarədə uçub, digərləri isə kruiz gəmisindən enən şəxslərlə əlaqədə olublar. Virus səbəbindən artıq üç nəfərin öldüyü bildirilib.
Bu hadisələrdən sonra Polşada da hantavirus şübhəsi ilə bir nəfər sanitar nəzarətə götürülüb. Mütəxəssislər infeksiyanın təhlükəli olduğunu vurğulasalar da, Ümumdünya Səhiyyə Təşkilatı hazırkı vəziyyətin qlobal pandemiya təhlükəsi yaratmadığını açıqlayıb.
Bəs ölkəmizdə virusun yayılma təhlükəsi var?
Məsələ ilə bağlı infeksionist Vasif Əliyevin sözlərinə görə, hantavirus əsasən gəmiricilər vasitəsilə insanlara keçir. Həkim bildirib ki, xəstələrdə yüksək hərarət, baş və əzələ ağrıları, halsızlıq, başgicəllənmə və nəfəsalma çətinliyi müşahidə olunur. Xüsusilə Amerika qitəsində yayılan hantavirus növlərinin daha ağır keçdiyi və ölüm riskinin yüksək olduğu qeyd edilir.
Qeyd edək ki, hazırda bu infeksiyaya qarşı təsdiqlənmiş peyvənd və xüsusi antiviral müalicə vasitəsi yoxdur.