Əsas məzmuna keç

Hava pisləşir: Sinoptiklərdən xəbərdarlıq

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, bu müddətdə sözügedən ərazilərdə fasilələrlə yağıntı olacaq.

Sinoptiklərin proqnozuna əsasən, ayrı-ayrı yerlərdə yağıntılar lokal leysan xarakteri daşıyacaq, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.

Məlumatda həmçinin bildirilib ki, intensiv yağıntılar səbəbindən bəzi dağ çaylarında sululuğun artması da gözlənilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…