“Hazırda on minlərlə abonent bu vəziyyətdədir” – Ekspert “Azəriqaz”dan şikayətçidir
Günahkar fəhlə imiş…
Sosial Tədqiqatlar Mərkəzinin (STM) icraçı direktoru, əmək hüquqları üzrə ekspert Sahib Məmmədov “Azəriqaz İB”dən şikayətçidir. O, bu barədə özünün sosial media hesabında bildirib.
“Deməli, “Azəriqaz İB” sayğacı dəyişir. Əvvəlki sayğacda (smart sayğac deyilidri) olan qalıq 425 kub təşkil edir. Yeni sayğacda sərfiyyat göstəricisi 291 kub təşkil edir. Belədə 134 kub qalıq olmalıdır. Bu abonent səhifəsində göstərilirdi yaxın vaxtlara qədər. “Azəriqaz İB” bunu silib və mənə sms göndərib ki, 400 kub sərfiyyat var və filan tarixə qədər ödəniş etməsəniz qaz təminatı dayandırılacaq. Mən bu barədə “Azəriqaz İB”yə məlumat göndərirəm. Səhər mənə nəzəarətçi zəng edir ki, günah mənimdi. Beləliklə, günahkar oldu yazıq fəhlə. İndi sual budur: Nəzarətçi sistemdən qalığı silə bilərmi? Əlbəttə yox. Hazırda on minlərlə abonent bu vəziyyətdədir. Son 3-4 ayda mənimlə bağlı eyni ikinci haldır. Şikayət etməyə yer yoxdur. Nəzaərət orqanı yoxdur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi deyilən bir qurum var. Ora şikayət yazırsan onlar da şikayət verdiyin orqandan aldıqları cavabı öz blanklarına qoyub göndərirlər şikatət verənə. İndi sayğacın şəkilini qoyuram. Bunlar öz sayğaclarına belə hörmət qoymurlar. Baxmayaraq ki, bu sayğaclar elə hazırlanıb ki, ən azı 1 kub sərfiyyata 1,5 kub yazır. Bu günlərdə Abşeron rayon məhkəməsidə idim. Mülki işlərin əksəriyyəti istehlakçıların “Azəriqaz İB”yə iddası ilə bağlıdır. Minlərlə insana ya cərimə yazıblar, ya külli miqdarda artıq pul hesablayıblar”, – deyə o, qeyd edib.