11 İyun 2022 / 14:33

HELİKOPTER QƏZASI NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN MEYİTLƏRİ TAPILDI

İyunun 10-da İtaliyanın mərkəzində helikopter qəzaya uğraması nəticəsində həlak olan 7 nəfərin meyiti tapılıb.

TASS xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Hadisə Apennin dağlarında, Toskana və Emiliya-Romanya sərhədində qeydə alınıb.

Qeyd edilir ki, Luka şəhərinin Kapannori Tassiqnano hava limanından havaya qalxan “Aqusta Koala “AW119” tipli helikopter səhər saatlarında radarlardan itib. Onun axtarışları Toskana və Emiliya-Romanya bölgələrinin sərhəd hissəsində aparılıb.

Məlumata görə, helikopterdə 6 əcnəbi və 1 yerli pilot olub, əcnəbilərdən 4-ü Türkiyə, 2-si Livan vətəndaşlarıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!