Əsas məzmuna keç

HƏMAS tez bir zamanda tərksilah edilməsə, bunun bədəlini ağır ödəyəcək – Tramp

Lakin prezident əlavə edib ki, ABŞ belə bir nəticə istəmir və buna can atmır

ABŞ prezidenti Donald Tramp bildirib ki, radikal Fələstin hərəkatı HƏMAS-a tərksilah üçün çox qısa müddət veriləcək, əks halda isə bunun bədəli çox baha başa gələcək.

“Biz HƏMAS haqqında danışdıq, tərksilah haqqında danışdıq. Onlara tərksilah üçün çox qısa müddət veriləcək və bunun necə nəticələnəcəyini görəcəyik”, – Tezadlar.az xəbər verir ki, Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə ikitərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib. Ağ Evin vəzifəli şəxsi əlavə edib ki, onun xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni, sahibkar Cared Kuşner Amerika tərəfində prosesə nəzarət edəcəklər.

“Əgər onlar razılaşdıqları kimi tərksilah edilməsələr, bunun bədəlini çox baha başa ödəyəcəklər. Biz bunu istəmirik. Amma onlar tez bir zamanda tərksilah edilməlidirlər”, – deyə Tramp vurğulayıb. Amerika lideri ilə İsrail hökumətinin başçısı arasında danışıqlar Trampın Vest Palm Biç (Florida) yaxınlığındakı Mar-a-Laqo malikanəsində baş tutub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…