Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2026 / 08:14

Həmyerlimiz Ukrayna Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin edildi

Ukrayna müdafiə naziri Mixaylo Fedorov Gündüz Məmmədovu Silahlı Qüvvələrin Hərbi Hüquq-Mühafizə Xidmətinə rəis müavini təyin edib. Tezadlar.az ukraynali jurnalist Anar Natiqoğluna istinadla bildirir ki, əslən Gəncədən olan soydaşımız illərlə prokurorluq orqanlarında çalışıb. 2014-cü ildə Odessa şəhər prokuroru təyin olunub. 2015-ci ilin sonlarında Odessa vilayət prokurorunun müavini vəzifəsinə yüksəlib. 2016-cı ildə işğalda olan Krım Muxtar respublikasının prokuroru kimi çalışmağa başlayan Məmmədov 2019-cu ildə Ukrayna baş prokurorunun müavini vəzifəsinə yüksəlib. 2021-ci ildə vəzifəsindən könüllü istefa verib. Onun bu illər ərzində xüsusən rusiyanın Ukraynanın Krım, Donetsk, Luqansk vilayətlərində mülki əhaliyə qarşı törətdiyi hərbi cinayət faktlarının toplanmasında və beynəlxalq instansiyalara çatdırılmasında müstəsna xidmətləri var.
Üçüncü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi daşıyan Məmmədov 1996-cı ildə İ.İ Meçnikov adına Odessa milli universitetinin hüquq fakültəsini bitirib!
Qürur duyuruq!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!