Əsas məzmuna keç

Həqiqətin acı üzü-TANINMIŞ VƏKİL ATAXAN ƏBİLOVA ETİRAZ ETDİ

Həqiqətin acı üzü
Sentyabr ayının 14-də ölkədəki vəziyyətlə baglı vdeo müraciət paylaşmış, xarici ölkələrin ölkəmizdə pozuculuq işləri aparmasına münasibət bildirərək bu yöndə etniklərdən istifadə cəhdlərinə toxunmuşam. Xaricdə yaşayan və Azərbaycan Xalq Parlamentində təmsil olunan milliyyətcə talış olan Ataxan Əbilov mənim bu çıxışıma münasibət bildirmiş, fikirlərimi aşkar təhrif etmiş, məzmunu tamam başqa istiqamətdə yönəltməyə uğursuz cəhd etmişdir.
Güya mən çıxışımda azsaylı xalqları aşagılamışam, təhdid etmişəm. Həmin video yazının başlığı “Bu vətən hamımızındır” gedir. Ataxan Əbilov doğrudanmı “Bu vətən hamımızındır “yazanda talışları da, ləzgiləri də, kürdləri də,avarları da,əhalinin mütləq əksəriyyətini təşkil edən türkləri də nəzərdə tutduğumu başa düşməmişdir? İnanmıram. İçtimai-siyasi fəaliyyətlə məşğul olan Ataxan Əbilovun bunu başa düşməməsi qeyri mümkündür. Ataxan Əbilov münasibətində daha çox Azərbaycan Respublikası Konstitusiyasının maddələrinə istinad edərək güya vətəndaşların qanunla qorunan hüquq və azadlıqlarını pozmamı əsaslandırmaga çalışmıdır. Xüsusilə də talışlara münasibətdə by hissələri qabartma cəhdləri hiss olunur. Statusunda Ataxan Əbilov 1990-cı illərin əvvəllərində baş vermiş düşüncə və hadisələrə qayıtmaqda məni ittiham həddinə gələrək Əlikram Hümbətovu müdafiə etmirəm deyərək əslində elə onun hərəkətlərinə haqq qazandırır. Əlikram Hümbətovun separatçı hərəkətini Mərkəzi hakimiyyətlə münasibətlərin kəskin olması ilə əlaqələndirir. Ataxan Əbilov unudur ki, məhz həmin Mərkəzi hakimiyyətin dövründə heç bir ciddi hərbi təhsili olmayan Əlikram Hümbətov Azərbaycan Respublikası Müdafiə nazirliyində çox yüksək vəzifə sahibi idi. Əlikram Hümbətov 1993-cü ildə məhz Gəncə şəhərində dövlətə qarşı qiyam qaldırdıqdan sonra “Talış Muğan Respublikası”nı elan edərək cənub rayonlarımızı silah gücünə işğal etdi, qan tökdü.
Bilirsinizmi niyə, Ataxan Əbilov? Çünki hər iki hadisə Rusiyadan idarə olunurdu.
Bu tarix uzaq tarix deyil. Elə hesab etməsin ki, unutmuşuq.
Çıxışımda da Surət Hüseynovun törətdiyi əməli agır cinayət adlandırmışam. Bu vətənə xəyanət idi. Əlikram Hümbətovla Surət Hüseynovun törətdiyi cinayətin fərqi onda idi ki, Surət hakimiyyəti ələ keçirməyə cəhd edirdi, Əlikram isə separatist fəaliyyətdə idi. Azərbaycanı parçalamaga yönəlmiş vətənə xəyanət cinayəti törətmişdi.
Mən çıxışımda da göstərirəm ki, talışlar, ləzgilər.. hamısı bizim qardaşlarımızdır. Ölkəmizdə yaşayan, dövlətimizə hörmət edən hər bir vətəndaşın hüquq bərabərliyini qeyd şərtsiz qəbul edirəm. Hamı yaxşı bilir ki, milliyətindən, dilindən, dinindən asılı olmayaraq vətəndaşlarımızın hüquq və azadlığı uğrunda mübarizə aparıram.
Çıxışımdan da görünür ki, mən heç bir milli ayrı-seçkilik qoymuram. Çıxışım separatçılıqla məşğul olanlara qarşıdır. Tarixə səyahətim isə hər bir kəsin məlumatlı olması, örnək götürməsi üçündür. Ataxan Əbilovun belə qərəzli mövqeyindən sonra onun səhifəsinə nəzər yetirdim. Adam yazır ki, azəriləri İranda axtarmaq lazım deyil. Dogrudanmı Ataxan Əbilov Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın azəri türkünün mövcudluğunu görmür, yaxud görmək istəmir? Ataxan Əbilova məsləhət görərdim ki, tarixi yaxşı oxusun. Yaşadığımız cografi məkanda eramızdan əvvəl və eramızdan sonra mövcud olmuş dövlətlərin tarixini, əhalisinin milli kimliyini öyrənsin. Mən talışları və digər millət nümayəndələrini aşagılamamışam. Əksinə hörmətlə yanaşmışam. Həzi Aslanovdan misal gətirmişəm. Çıxışımda bütün bunlar açıq deyilir.
Ataxan Əbilov məni hüquq mühafizə orqanları ilə təhdid edir. Özü separatizmə dəstəkçi olduğu halda. Olsun. Ataxan Əbilov hüquq-mühfizə orqanlarımıza belə güvənirsə, olsun.
Vətənim-Azərbaycanım ugrunda Bakıda qazamatda yatmaq mənim üçün fəxrdir. Bu vətən çıxışımda yazdığım kimi, hamımızındır. Türkün, talışın, ləzginin, kürdün, avarın-hamımızın.
Bundan sonra da belə olacaq və məncə, Azərbaycanda yaşayan hər bir millətin nümayəndələri ilk növbədə öz içlərində olan ayrı-ayrı separatçı ünsürlərə qarşı amansız mübarizə aparmalıdır.
Sonda Ataxan Əbilov yazır ki, mənim çıxışıma tənqidi münasibət bildirdiyi üçün çıxışımı paylaşmır.
Paylaş, Ataxan Əbilov. Paylaş. Qoy təmsil etdiyin talışlar görsün ki, kim talışlara sevgi ilə yanaşır” Talışlara yalan üfürən sizmi, ya talışlara sevgi ilə yanaşan mənmi?!
Osman KAZIMOV,
vəkil
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…