HEYDƏR ƏLİYEVLƏ İLHAM ƏLİYEVİN YENİ TEXNOLOGİYA VƏ ELMİ KƏŞFLƏRƏ DAİR ZƏNGİN YÖNƏLTMƏ İRSİ…

 Tanınmış alim, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru olan   Rahim Abas oğlu Daşdiyev olduqca maraqlı mövzuya toxunub…

BİZİM ARAYIŞ: Rahim Abas oğlu Daşdiyev görkəmli dövlət xadimi Heydər Əliyevin SSRİ zaman və məkanında Rusiya, Ukrayna və digər respublikalarda Azərbaycan üçün ölkəmizdə olmayan ixtisaslar üzrə Elmi-Kadrların Məqsədyönlü Hazırlanması Strategiyasından bəhrələnən çoxsaylı alimlərdən biridir. O, Ukraynanın və Azərbaycanın kimya elmləri doktorudur, eləcə də “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademikidir. R.Daşdiyev 8 kitab (ikisi ingilis dilində), 100-ə yaxın patent müəllifidir. Azərbaycan Prezidenti tərəfindən Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi”, Almaniyada ATEA prezidenti tərəfindən elmi nəticələrinə görə “Wilhelm Leibniz” və “Alexandervon Humboldt” medalları ilə təltif edilmişdir.

***

…Rahim Abas oğlu Daşdiyevin “Ümummilli Lider Heydər Əliyevin alimlər, Prezident İlham Əliyevin yeni texnologiyalara aid bəyanatlarının – Elmi Kəşflərə, Elmi-Texniki İnqilaba doğru ən zəngin yönəltmə irslərinin olması” adlı aktual silsilədən olan növbəti yazını «Təzadlar»ın (eləcə də tezadlar.az saytının) oxucularına təqdim edirik:

 Kəşf – təbiətdə obyektiv mövcud olan, ancaq elmə məlum olmayan qanun, hadisə, qanunauyğunluqların, xassələrin müəyyən edilməsi; təbiət və cəmiyyətin elmi dərketməsində əldə edilən yeni nailiyyətdir. Elmi-texniki inqilabın tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin alimlər, Möhtərəm Prezident cənab İlham Əliyevin yeni texnologiyalara aid bəyanatlarının – Elmi Kəşflərə, Elmi-Texniki İnqilaba doğru ən zəngin yönəltmə irslərinin olması barədə fikirlərimi oxucularla bölüşmək istəyirəm. Sitat:

“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar” (Heydər Əliyev).

***

“Hər şeyi bundan sonra texnologiyalar həll  edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm  də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq” (İlham Əliyev, 10 may 2023, Ulu Öndərin 100 illik Yubileyi günündə).

 Ümummilli Liderimiz Heydər Əliyevin alimlərə,  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni texnologiyalara və onların müəlliflərinə verdikləri dəyərlər inkişafda dialektik vəhdət sinergiyasına malik olmaqla yanaşı, Elmi Kəşflərə,  Elmi-Texniki İnqilaba doğru ən zəngin yönəltmə baxımından nəinki Azərbaycan, eləcə də dünyanın hər bir dövləti üçün örnəkdir. 

***

 Elmi Kəşflərə, Elmi-Texniki İnqilaba doğru inkişaf zamanın tələbi, zamanın zərurətidir. Bu zərurəti ilk dəfə olaraq, 30.04.2024-cü il tarixində ölkənin nüfuzlu saytlarında özünün “Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? – AÇIQLAMA” adlı əsaslandırılmış tənqidi yazısı ilə diqqətə gətirən deputat Fazil Mustafa olmuşdur. Görünür, Elmi Kəşflərə, Elmi-Texniki İnqilaba doğru inkişafın zaman zərurətinin reallaşması üçün stimul və rəqabət amilləri nəzərə alınmalıdır. Ölkəmizdə artıq 2024-cü ildə belə bir təcrübəyə nail olunmuşdur. Belə ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında “Scopus” bazasında ən çox elmi işi dərc olunan alimlərə hər ay 1000 manatadək mükafat verilməsinə başlanılıb. Bu zaman son 5 il göstəriciləri araşdırılmışdır. Bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır. (https://edu.gov.az/az/news-and-updates/21527-1 )

 Yaxşı olardı ki, bu mükafatlandırma təkcə ölkənin Elm və Təhsil Nazirliyinin tabeliyində olanlara deyil, həm də qoyulan tələblərə cavab verən, işləyən və həm də elmi fəaliyyətini davam etdirən təqaüddə olan alimlərə də şamil edilsin. Belə bir təcrübənin Elmi Kəşf istiqaməti üçün həyata keçirilməsi aktuallığı, məqalə aktuallığından da üstündür. Elmi ictimaiyyətə yaxşı bəllidir ki, dünyanın əksər ölkələrində “Scopus” və “Web of Science” bazalı junallarda məqalə dərci ilə məşğul olan çoxsaylı pullu xidmət şirkətləri fəaliyyət göstərirlər. Lakin Elmi Kəşflərlə bağlı bir dənə də olsun müəllif üçün Elmi-Kəşf hazırlayan pullu xidmət şirkəti yoxdur.

 Son 5 ildə ölkəmizdə Elmi Kəşf sayının məhdud olmasını nəzərə alaraq, zəruri araşdırılmaların aparılması və müəllif alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi ilə aylıq mükafatlandırma yalnız Elm və Təhsil Nazirliyi formatında deyil, Respublika miqyasında asanlıqla həyata keçirilməsi daha məqsədəuyğundur. Nəticədə stimul və rəqabət prinsipləri əsasında və ölkə alimlərinin real potensial imkanları daxilində Ümummilli Liderimiz Heydər Əliyevin alimlər, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni texnologiyalara aid bəyanatlarının – Elmi Kəşflərə, Elmi-Texniki İnqilaba doğru ən zəngin yönəltmə irsləri sayəsində Global İnkişafa nail olmaq mümkündür…

Təqdim etdi: A.Məmmədli

Xəbəri paylaş

Xəbər lenti