Bu hicab davası aparan kişilərdən soruşuram: Məgər İslam geyim qaydalarını yalnız qadınlar üçün müəyyənləşdirib? Niyə heç birinizin əynində təqva yoxdur?
Bu sözləri AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, hüquqşünas Elyar İslamoğlu sosial media hesabında bildirib.
“Bəs o dar cins şalvarlar, bədənə kip yapışan köynəklər halaldır? Din yalnız qadınlardan tələb olunmalı deyil. Əvvəlcə insan özü əməl etməli, sonra başqasından tələb etməlidir.
Əraf surəsi, 26-cı ayə: “Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtmək üçün paltar, eləcə də gözəl və yumşaq geyimlər göndərdik. Təğva libası sizin üçün daha xeyirlidir…””, – deyə o, qeyd edib.
Y.Məmmədli







