Çoxdandır ki, bu mövzuya toxunum yoxsa toxunmayım deyə tərəddüd edirdim. Lakin keçən həftə baş verən hadisə qərar qəbul etməyimdə yardımçı oldu. Bu haqda sonra. Bir vaxtlar xarici ölkələrdə aparılan plastik cərrahiyyə əməliyyatlarının indi respublikamızda da həyata keçirildiyi heç kimə sirr deyil. Yox, bunda heç bir pis şey yoxdur. Sadəcə, söhbət hansı əməliyyatdan və bunu kimlərin etdirdiyindən gedir. Çox təəssüflər olun ki, artıq illərdir ki, Respublikamızda bəzi kişilər özlərini qadına, bəzi qadınlar isə özlərini kişiyə çevirmək üçün plastik cərrahiyyə əməliyyatlarına girirlər. Bu əməliyyatları keçirən bir neçə özəl klinikada şəxslərin kimliyi əvvəlcədən anonim saxlanılır. Lakin “xəstə” özü bunu əməliyyat müvəffəqiyyətlə aparılandan sonra bəyan edir.
Bu məsələ ilə bağlı belə klinikaların birinə müraciət etdim. Klinikanın baş həkimi (adının saytda, qəzetdə yazılmamağını rica etdi) bildirdi ki, həqiqətən 10 ildir ki, bu tipli əməliyyatlar respublikamızda aparılır. Keçirdiyimiz bütün əməliyyatlar uğurlu olub. Pasiyentlərin hər biri kilinikanı sevinərək tərk edib.
Baş həkimə “bəs pasiyentlərinizin nəsil artırmaq qabiliyyətlərinin hansı səviyyədə olduğunu və bunu necə edirsiniz?” – sualına cavab belə oldu:
– Xəstələrə əvvəlcədən onların əməliyyatdan sonra heç vaxt nəsil artıra bilməyəcəkləri haqqında məlumat veririk. Və onlar da bunu çox yaxşı qarşılayaraq, bizə nəsil artırmaq lazım deyil deyərək razılaşırlar.
– Ümumiyyətlə, müraciət edənlərin neçə nəfəri kişi, neçə nəfəri qadın olub və fikrindən daşınan heç olubmu?
– On ildir ki, elə bir hadisə olmayıb ki, müraciət edən xəstələr sonradan fikirlərindən daşınsınlar. Faizlə götürəndə deyək ki, 100 %-in 94%-i kişi (özünü qadın eləmək istəyən), yerdə qalan cüzi hissəsi isə qadın (özünü kişi eləmək istəyən) olub.
– Bir həkim kimi insanların cinslərini süni yolla dəyişdirməklərinə hansı amillərin səbəb olmasını və bu işin günahını bilirsinizmi?
– Qadınları tam bilmirəm, təxminən qisas ya da həzz üçündür. Kişilərin isə hamısı maddi durum ilə əlaqədardır. O ki qaldı günaha, niyə günah olsun ki? Biz həkimlər Hippokrat andı içmişik və xəstələrin arzusunu həyata keçirməliyik. Bundan böyük xoşbəxtlik və savab nə ola bilər ki?! Hətta bugün yaşından asılı olmayaraq kişilərin və qadınların əksəriyyəti botoks, sinə, yan böyütmə kimi bir çox əməliyyatlar keçirdirlər.
Həkimlə mübahisə etməyə dəyməzdi deyə düşünərək, onunla olan müsahibəmi dayandıraraq klinikanı tərk etdim. İndi bu yazını yazmağa məni vadar edən şəxsin etiraflarını sizə çatdırıram.
Bu şəxs əvvəllər Şahmar adında kişi və hətta vaxtilə üç övlad atası olub. İndi isə o, Şahnaz, Naz adlarını daşıyır. Söhbətdən belə məlum oldu ki, o bu addımı maliyyə durumuna, ehtiyaca görə atıb. İş tapmayan Şahmar öz ailəsini maddi baxımdan təmin edə bilmədiyi üçün xanımı Zemfira onu məhkəməyə verib. Nəticədə onlar boşanıblar. Ortada uşaqlar olduğu üçün Şahmarın bir otaqlı evi də anaya və uşaqlara çatıb. Evsiz-eşiksiz və işsiz olan Şahmar isə indi bəzi qızların “yaxşı”, pul qazandıqlarını nəzərə alaraq bu yola əl atdığını bildirdi.
Həmkarımın “əməliyyat üçün pulu hardan aldınız?” sualına “Naz”ın cavabı belə oldu:
– Bu fikirə düşəndə çox axtarmadım, mənə bir dostum kömək etdi. Eyni zamanda bildirim ki, dostum da vaxtilə kişi, sonradan qadın olub. Dostum həmişə söhbət edirdi ki, o və onun əhatəsində olan tanışları gecələr Avropa otelinin, körpülərin altında dayanırlar. Mənə əməliyyatım üçün də maddi köməkliyi elə onlar etdi. Çoxları onları bəyənməsə də, etiraf edim ki, onlar çox mərddirlər. Daima bir-birlərinə yardım edirlər. Kimsə darda, təhlükədə qalsa həmin an köməyə qaçırlar. Mən şəxsən kişi olduğum vaxtlarda öz əhatəmdə heç vaxt belə birlik görməmişdim.
– İndi sən də onlarla “işə” bir yerdə gedirsən? sualına isə:
– Əlbəttə ki, indi bir çox kişilərin qadına yox, məhz bizlərə ehtiyacı var. Onlar da bizi öz villalarına, bağlarına dəvət edəndə cüt gəlməyimizi istəyirlər. Hətta bəzən elə olur ki, 7-8 nəfər, qrup şəklində də gedirik.
– Həyatınızdan razısınız?
– Əlbəttə ki razıyıq. Artıq hər birimizin evi, bağı, maşını var. Hətta içərimizdə elələri var ki, obyektləri belə var.
– Heç təhqir olunub incidilmisiniz?
– 5-6 il öncəyədək nadir hallarda olub ki, bizi körpünün altından qız əvəzi aparıblar. Sonradan bizim kişi olduğumuzu bilib döyərək və söyərək qovublar. Amma indi artıq elə bir problemimiz daha yoxdur. Əksinə, tələbat o qədərdir ki, bəzən güc bəla ilə çatdırırıq.
– Hal-hazırda keçmiş ailənizlə, övladınızla və yaxud qohumlarınızla əlaqə saxlayırsınızmı?
– Xeyr, saxlamıram. Özləri dəfələrlə məni axtarıb tapıblar. Hər biri də pul istəyib, məni evlərinə qonaq kimi dəvət ediblər. Mən isə onlardan uzaqlaşmışam. Çünki pis günlərimdə mənim yanımda olmayıblar.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinə üz tutdum. Məscidin bir neçə axundu ilə görüşüb söhbətləşdim. Onlar da bu işin həqiqətən pis əməl və günah olduğunu təsdiqlədilər. Söhbət əsnasında bildirildi ki, hətta müqəddəs kitabımız olan Qurani – Kərimdə Lut qövmü haqqında olan ayədə də açıq-aşkar göstərilir ki, kişilərin kişilərlə cinsi yaxınlığı olub. Hətta Lut peyğəmbər də onları düz yola çağırıb. Lakin onlar tutduqları günah, murdar işdən çəkinməmişlər. Nəticədə Allah – Təala göydən daş-qalaq endirərək həmin şəhəri yerlə-yeksan etmişdir.
Söhbətin sonunda axundlar bildirdilər ki, bu problem cəmiyyətdə baş verir. Nəinki əməliyyatı edən həkim, hətta əməliyyat etdirən şəxslər də axirət günü cavab verməli olacaqlar. Çünki onlar Allahın işinə qarışırlar.
Sonda onu da qeyd edimki, Şahmar (Şahnaz, Naz və s.) kimi şəslərin şəxsiyyətini təsdiq edən sənədləri yoxdur. Əllərindəki sənəd əməliyyatdan əvvəlki sənəddir. Bugün isə o sənədlər öz qüvvəsini itiribdir. Həm də ki, onların şəxsiyyətləri var ki, onu təsdiq edən sənədləri də olsun?..
Hazırladı: Rövşanə Nağıyeva