4 May 2026 / 06:21

Hörmüz boğazında qalmış gəmilərin bəxti açılır- ABŞ ÇIXARACAQ VƏ…

Hörmüz boğazında yeni vəziyuət yaranır: ABŞ prezidenti Donald Tramp ABŞ-ın müharibə səbəbilə Hörmüz boğazında ilişib qalmış gəmiləri çıxarmaq üçün 4 may tarixində “Azadlıq Layihəsi” əməliyyatına başlamağı planlaşdırdığını açıqlayıb. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında yazıb. O, bir çox ölkənin Hörmüz boğazında ilişib qalmış ticarət gəmiləri ilə bağlı narahatlıqlarını ifadə etdiyini qeyd edib. Sitat: “Nümayəndələrimə gəmilərin və heyətlərinin boğazdan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün hər cür səy göstərəcəyimizi bildirmələrini tapşırdım. Onlar, ərazi gəmiçilik və sair üçün təhlükəsiz olana qədər heç bir halda geri qayıtmayacaqlarını bildiriblər. “Azadlıq Layihəsi” kimi tanınan bu əməliyyat, Yaxın Şərq vaxtı ilə bazar ertəsi səhəri başlayacaq”.

Xatırladaq ki, İranın yeni sülh təklifləri Tramp tərəfindən qəbul olunmayıb və rədd edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!