15 Avqust 2026 / 07:14

“Hörmüz boğazını “X” paylaşımları ilə ələ keçirmək olmaz!”-Trampı ələ saldılar

Bu da baş verdi: İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerikanın ərazisi elan edəcəyi iddiasına cavab verib. xəbər verir ki, XİN rəsmisi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Sitat: “Hörmüz Boğazı “X”də paylaşımlar, təyyarə gəmiləri, əmrlər və ya seçki çıxışları ilə ələ keçirilə bilməz. İran nə təhdidlərdən, nə də güc nümayişlərindən qorxur. Hörmüz boğazı İrana məxsus idi, İrana məxsusdur və İrana məxsus olacaq. Bu boğaz yalnız İranın əmri ilə açılıb bağlanacaq və siz əsl məğlubiyyəti qəbul edib xəyallarınızdan əl çəkmədiyiniz müddətdə İran (Hörmüz boğazına) blokada tətbiqinə davam edəcək”.

ABŞ lideri Donald Tramp dünən ölkəsinin Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına tam blokada tətbiq etdiyini bildirib. “İranı tamamilə məğlub etdikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm”, – Ağ Ev rəhbəri deyib.

İran rəsmiləri ABŞ-nin Hörmüz boğazına mütəmadi müdaxilələri, dəniz blokadası, 17 iyunda Tehranla Vaşinqton arasında imzalanmış müqavilənin tələblərini yerinə yetirilməyəcəyi təqdirdə Hörmüz boğazının açılmayacağını bildiriblər.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!