Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Misir millisinin baş məşqçisi Hossam Hassan keçmiş və indiki həyat yoldaşı arasında kafedə baş verən dava zamanı huşunu itirib.
Tezadlar.az xəbər verir ki, qadınlar arasında yaranan mübahisə sonradan əlbəyaxa davaya çevrilib.
Hadisə yerinə polis əməkdaşları gəlib. Hər iki qadının xəsarət aldığı bildirilir.
60 yaşlı Hossam Hassan isə vəziyyəti nəzarətə ala bilməyib və güclü həyəcan səbəbindən huşunu itirib.
Məşqçinin ikinci həyat yoldaşının vəkili bildirib ki, Hassan üç övladının anası olan birinci həyat yoldaşından boşanıb.
Hossam Hassan 2024-cü ildən Misir millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2026-cı il dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib və burada Argentina yığmasına 2:3 hesabı ilə məğlub olub.