Əsas məzmuna keç

Husilər strateji Haniş adalarını tutdu

Husilər Bab əl-Məndəb boğazında onların nəzarətində olmayan son iki adanı – Böyük və Kiçik Haniş adalarını da ələ keçiriblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” AFP-yə istinadən məlumat yayıb.

“Qərb sahilində nəzarətimiz altında olan hər şeyi itirdik”, – Yəmən hökumətinin adının açıqlanmasını istəməyən hərbi rəsmisi agentliyə bildirib.

Daha əvvəl husilər Qırmızı dəniz sahilindəki Moxa şəhəri üzərində nəzarəti təmin edib, bundan sonra isə beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin nəzarətindəki sahilin qalan hissəsini ələ keçiriblər. Nəticədə husilər ölkənin bütün qərb sahili üzərində nəzarəti ələ alıblar.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…