Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb. Tezadlar.az CNN- Türk-ə istinadla xəbər verir ki, məlumata görə, husilərin atdığı raket hava limanının 3 saylı terminalının yaxınlığına düşüb. Daha bir mərmi isə ölkənin şərqində yerləşən Dammam şəhərindəki hava limanının yaxınlığına düşüb. Hücum nəticəsində həlak olanların 4-ü Səudiyyə Ərəbistanı vətəndaşı, 8-i isə ölkədə yaşayan əcnəbilərdir. Həlak olan əcnəbilərdən ikisinin Banqladeş, digərlərinin isə ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları olduğu qeyd edilib.
Husilərin Səudiyyə Ərəbistanında hava limanına raket hücumu: 12 ölü, 309 yaralı!






