Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanda koronavirus yoluxma hallarının kəskin artımı ilə əlaqədar ölkə ərazisində yeni məhdudiyyətlər tətbiq olunub.
Belə ki, bu gündən başlayaraq üç həftə müddətində bütün ölkə ərazisində şəhərdaxili ictimai nəqliyyatın hərəkəti dayandırılır. Bu məhdudiyyət şəhərlərarası nəqliyyat şamil olunmur.
Bundan başqa, sentyabrın 4-dək kütləvi tədbirlərin, festival, konsert və idman tədbirləri qadağan edilib.
Uşaq əyləncə mərkəzlərini fəaliyyəti məhdudlaşdırılır, ictimai iaşə obyektləri isə saat 23:00-dək işləyir.
Qeyd edək ki, son günlərdə Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı 5 mini ötüb.
Xatırladaq ki, bu günədək ölkədə 470 mindən çox şəxs koronavirusa yoluxub, 6 321 nəfər vəfat edib.
E.ŞİRİNOV